Çin futbol klubuna erməni baş məşqçisi təyin olundu – FOTObackend

Çin futbol klubuna erməni baş məşqçisi təyin olundu - FOTO

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri bürosu xəbər verir ki, Çinin “Çanqçun Yatay” Futbol Klubuna erməni mütəxəssis Samvel Babayan baş məşqçisi təyin olunub.

Babayan baş məşqçi, serb Svetozar Şapuriçi əvəz edib. Sənədə əsasən, Babayan gələn mövsümdən başlayaraq komandaya başçılıq edəcək. Babayanın məşqçilər korpusuna Qriqori Kolosovski, Dejan Zurjevich, Aleksandr Qalich və Anton Mayeranov daxil idi. Razılaşmanın təfərrüatları göstərilmir.

Babayanın özü klubun tərkibini cavanlaşdırmağa və iddialı oyunçuları komandaya cəlb etməyə çalışacağını deyib. Qeyd edək ki, Samvel Babayan əvvəllər “Paxtakor”da məşq etmişdi. O, Özbəkistanda ilin məşqçisi seçilib.

O, sonradan milli komandaya başçılıq edib, lakin 2017-ci ildə Dünya Kuboku üçün seçmə matçlarda uğursuz nəticələrə görə vəzifəsindən kənarlaşdırılıb. 2018-ci ilin əvvəlində Özbəkistan Futbol Federasiyası (indiki Özbəkistan Futbol Assosiasiyası, AFU) ömürlük diskvalifikasiyasını elan edbi. Babayan 2000-ci illərdə “Paxtakor”un vitse-prezidenti postunu tutaraq idmançıların müqavilələri ilə saxtakarlığa yol verdiyində ittiham olunurdu. O, millidə işləmədiyi və tanış futbolçulara himayədarlıq etməsində də günahlandırılıb.

Ancaq diskvalifikasiya bir aydan az davam edib (bu, ancaq 2019-cu ilin əvvəlində məlum olub).

Özbəkistandakı diskvalifikasiya xəbərindən sonra Babayan bir müddət Latviyada çalışıb və burada Yurmala “Spartak”ına rəhbərlik edib. 2019-cu ilin əvvəlindən Daşkənd “Lokomotiv”inin prezidentinin müşaviri olub.

Yeri gəlmişkən, “Çanqçun Yatay” 6 iyun 1996-cı ildə qurulan Çanqçun şəhərinin (Jilin əyaləti) bir futbol klubudur. 2006-cı ildən bəri Çin Premyer Liqasında oynayan komanda 2007-ci ildə milli çempionatın qalibi olub. 2018-ci ildə klub üst diviziyonu tərk edib. Ötən mövsüm komanda ölkənin ikinci ən güclü divizionunda beşinci yeri tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*