Çin generallarının Tayvanı işğal planının gizli səs yazısı YAYILDIbackend

Çin generallarının Tayvanı işğal planının gizli səs yazısı YAYILDI

Tayvanla müharibəyə hazırlaşan çinli generalların gizli görüşünün səs yazısı yayılıb. 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İngiltərənin “The Sun” qəzeti məlumat yayıb.

Sözügedən görüşdə qeydə alınan səs yazısı Çin əsilli mühacir Vanq Dinqanqın yaratdığı “Lude Media” tərəfindən sızdırılıb. Lude Media səs yazısını yüksək rütbəli hərbçilərdən əldə etdiyini açıqlayıb.

Belə ki, Çin rəsmilərinin toplantıda 140 min əsgərdən ibarət işğal planı müzakirə olunub. Səs yazısında generalların “müharibyə başlayaq” və “Tayvanı əzməkdən çəkinməyək” kimi ifadələr işlətdikləri aydın hiss olunur.

Digər tərəfdən Tayvan rəsmiləri bu yaxınlarda paytaxt Pekini vura biləcək raketlərə sahib olduqlarını iddia ediblər. Buna görə də, Çinin ada ölkəsinə hücum etməzdən əvvəl iki dəfə düşünməli olduğunu diqqətə çatdırıblar.

Tayvan Qanunvericilik Assambleyasının sədri You Si Kun bildirib ki, Çinin işğala qərar verəcəyi təqdirdə ölkəsi “Yun Feng” səsdən sürətli qanadlı raketlərdən istifadə edəcək:

“Biz Tayvanın müstəqilliyini qoruyub saxlamaq üçün istənilən cəhdi qətiyyətlə dəf edəcəyik. Nə olursa-olsun, sona qədər mübarizə aparacağıq”.

Qeyd edək ki, Tayvan və Çin 1949-cu ildə vətəndaş müharibəsi zamanı bir-birindən ayrılıb. Bununla belə, Çin hələ də adaya olan iddiasından əl çəkmir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*