Dünya iqdisadiyyatının hegemonu Çin indi də hərbi sənayedə üstünlüyü ələ keçirməyə cəhd edir. Çinin müdafiə sənayesi müxtəlif növ müasir döyüş aparatları istehsal etməklə yanaşı, yeni texnologiyalarla müasir qırıcılar da sınaqdan keçirir.
KONKRET.az xəbər verir ki, onlar indi də yeni J-35A gözəgörünməz qırıcısının təqdimatına hazırlaşır. Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin avadanlıq şöbəsinin nümayəndəsi polkovnik Niu Venbo bildirib ki, yeni məhsul beynəlxalq “Airshow China 2024” aerokosmik sərgisində nümayiş etdiriləcək. Xatırladaq ki, Çin dünyada gözəgörünməz qırıcıya sahib ikinci ölkə olacaq. ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında da bu tip hava nəhəngləri var.
Noyabrın 12-də start götürəcək sərgidə ilk dəfə olaraq “Xun-19” raket sistemi də nümayiş olunacaq. Mütəxəssislər həmçinin çoxfunksiyalı hücum və kəşfiyyat pilotsuz təyyarəsi ilə də tanış olacaq və Y-20 təyyarəsinin yük bölməsinə baxacaqlar.
Vəli Həsənoğlu,
KONKRET.az