Çin nəşri: “Rusiyanın nüvə silahının Belarusda peyda olması Kiyevi qorxudan titrədəcək”backend

Çin nəşri: "Rusiyanın nüvə silahının Belarusda peyda olması Kiyevi qorxudan titrədəcək"

“Rusiyanın nüvə silahının Belarusda peyda olması Kiyevi qorxudan titrədəcək”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çinin “Sohu” nəşri məqalə dərc edib. Məqalədə qeyd olunur ki, nüvə silahının Belarus sərhədinə yaxın yerləşməsi Ukrayna Silahlı Qüvvələrinə çəkindirici təsir göstərəcək: “Əgər orada nüvə bombası olan “İskəndər-M” yerləşdirilsə, Ukrayna mütləq qorxudan titrəyəcək”.

Xatırladaq ki, mayın 26-da Rusiya və Belarusun müdafiə nazirləri Sergey Şoyqu və Viktor Xrenin taktiki nüvə silahlarının Belarus ərazisindəki xüsusi anbarda saxlanması qaydasını müəyyən edən sənədləri imzalayıb. Şoyqu vurğulayıb ki, Moskva öz nüvə silahını təhvil vermir və onlara nəzarət Rusiyada qalır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*