Çin hakimiyyəti ölkənin ÜDM artımını canlandırmaq üçün səylərini artırıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat paylaşıb.
Məlumata görə, yeni yaşayış binalarının tikintisini, habelə aztəminatlı və işsiz vətəndaşlara ödənişlərin məhdudlaşdırılması yolu ilə daşınmaz əmlak bazarının sabitləşdirilməsi ilə iqtisadiyyatın sürətləndirilməsi nəzərdə tutulur.
Bundan əlavə, Çin suveren istiqrazlarının bir hissəsini satmağı planlaşdırır.
Çin CSI 300 indeksi ötən gündə 4,23% artaraq 3545,32 bənd olub.
Çin öz daxili problemləri ilə məşğul olsa da, Hindistan iqtisadi liderliyə diqqət yetirir. Proqnozlara görə, ölkə 2030-cu ilə qədər ÜDM artımında birinci yeri tuta bilər.
Məlik,
KONKRET.az