Çin Pelosiyə Tayvana səfərinə görə sanksiya tətbiq edəcəkbackend

Çin Pelosiyə Tayvana səfərinə görə sanksiya tətbiq edəcək

Çin suverenlik mübahisəsi yaşadığı Tayvana səfər edən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə sanksiya tətbiq edəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

“Pelosinin qərəzli təxribatına cavab olaraq Çin qanuna uyğun olaraq ona və ailə üzvlərinə sanksiya tətbiq etmək qərarına gəlib”, – deyə məlumatda bildirilir.

Bəyanatda sanksiyanın məzmunu ilə bağlı məlumat verilməyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*