Çinin təhlükəsizlik qüvvələri sərhəddə bitişik dəniz ərazilərində məlumat toplamaq və müşahidə aparmaq üçün nəzərdə tutulan qurğular müəyyən edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyi məlumat yayıb. “Çin təhlükəsizlik orqanlarının işi göstərdi ki, xarici casuslar ölkənin dəniz ərazilərində kəşfiyyat və monitorinqi gücləndirmək üçün hər cür vasitələrdən istifadə edir”.
Materialda deyilir ki, xarici təşkilatlar kəşfiyyat məlumatları toplamaq üçün bu cür metodlara əl atırlar.
Vəli Həsənoğlu,
KONKRET.az