Çində 3-cü uşağın doğulmasına görə qadağalar ləğv edildibackend

Çində 3-cü uşağın doğulmasına görə qadağalar ləğv edildi

Çinin hakimiyyət orqanları ailələrdə üçüncü uşağın doğulmasıma görə cərimələri və digər sanksiyaları ləğv edib.

KONKRET.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə ÇXR Dövlət Şurası tərəfindən qərar qəbul olunub.

Qərarda bildirilir ki, hökumət 2025-ci ilədək doğumun stimullaşdırılması üzrə əhatəli sosial siyasət sistemi yaradacaq. Hakimiyyət doğuş, uşaqların tərbiyəsi və təhsili üzrə sosial dəstək tədbirlərinin keyfiyyətini və effektlivliyini artırmaq niyyətindədir. 2035-ci ilədək əhalinin “demoqrafik strukturunun təkmilləşdirilməsi” üçün demoqrafik siyasəti modernəşdirmək nəzərdə tutulur.

Qeyd edək ki, 1970-ci illərin ortalarında Çində doğumun məhdudlaşdırılması istiqamətində sərt tədbirlər görülməyə başlanmışdı. O zaman bəzi istisnalar olmaqla, ailələrə yalnız bir uşağa sahiblənmə icazəsi verilirdi. Qaydanı pozan valideynlər böyük cərimələrə məruz qalırdı.

2016-cı il, yanvarın 1-dən isə ölkədə çinli ailələrin iki uşağa sahib olmasına icazə verən qanun qüvvəyə minib. Unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*