Çində əhalinin sayı bir il əlzində  2,08 milyon nəfər azalıbbackend

Çində əhalinin sayı bir il əlzində  2,08 milyon nəfər azalıb

Çin əhali sayına görə dünyada ikinci yerdədir. Son statistika göstərir ki, Çində əhali sayı  ciddi şəkildə azalmağa başlayıb. 2023-cü ildə əhalisinin sayı 1,409 milyard nəfər olan Çində bir il ərzində  2,08 milyon nəfər azalma müşahidə edilib. Bu göstərici son on ilin ən ciddi göstəricisi hesab olunur.

Təhlilçilər deyirlər ki, azalmaya səbəb doğum sayının aşağı düşməsidir.

Çində 1980-ci illərdə əhalinin sayında kəskin artım qeydə alınan zaman hökumət hər ailədə bir uşaqdan artıq  doğuşa qadağa qoydu. On illiklər ərzində həyata keçrilən bu siyasət illər sonra öz nəticəsini göstərdi. Ölkədə əhalinin azalmasından ciddi narahat olan hökumət 9 il əvvəl bu qadağanı aradan qaldırdı, doğuşu stimullaşdırmaq üçün yeni tədbirlərə əl atdı. 2021-ci ildən Çində hər ailədə 3 uşağın dünyaya gəlməsinə icazə verilir.

Həyata keçirilən  tədbirlər də yeni doğulanların sayında nəzərəçarpacaq artıma səbəb olmadı.   Bir çox çinli uşaq sahibi olmaq istəsə də maddi çətinliklər buna imkan vermir. Doğuşun  azalması Çin hökumətini aborta qadağa qoymağa məcbur edib.

Çinin üzləşdiyi vəziyyəti acınacaqlı hal hesab edən təhlilçilər bildirirlər ki, Çində doğum nisbəti dünyada ən aşağı səviyyədədir.  Çinin iqtisadi çətinlikləri 2023-cü ildə, o cümlədən daşınmaz əmlak böhranı, istehlakçı aktivliyinin azalması və pandemiyadan sonra daha da çoxalıb.  Rəsmi statistikaya görə,

Çinin iqtisadi artımı son üç onillikdə ən zəif həddədir. Yeni açıqlanan demoqrafik göstəricilər çox güman ki, Çinin iqtisadi inkişafının gələcəyi ilə bağlı  narahatlığı  daha da artıracaq.

Yaşlı nəslin sayı artdıqca, səhiyyə və pensiya sisteminə daha çox güc düşür. 10 il ərzində pensiya yaşında olan Çin vətəndaşlarının sayının 60% artaraq 400 milyon nəfərə çatacağı proqnozlaşdırılır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*