Çində güclü sel: 4 ölü, 17 nəfər itkin düşübbackend

Çində güclü sel: 4 ölü, 17 nəfər itkin düşüb

Çinin cənubunda baş verən daşqınlar nəticəsində 4 nəfər həlak olub, 17 nəfər isə itkin düşüb. Bu barədə Reuters məlumat yayıb.

KONKRET.az xəbər verir ki, leysan yağışlar həmçinin Guandun, Guanşi və Quycou vilayətlərində torpaq sürüşmələrinə səbəb olub. Fövqəladə hallarla mübarizə üçün bölgəyə 400-dən artıq hərbçi, yanğınsöndürən və xilasedici cəlb olunub.

Axtarış-xilasetmə əməliyyatları davam edir. Təhlükəsizlik qüvvələri və yerli orqanlar vəziyyətin nəzarətə alınması üçün səfərbər olunublar.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*