Çində güclü zəlzələ: 100 yaralıbackend

Çində güclü zəlzələ: 100 yaralı

Çinin Siçuan əyalətinin Luçjou şəhərində 6 bal gücündə zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Çinin Zəlzələ Şəbəkələri Mərkəzi məlumat yayıb.

Hadisə yerin 10 km dərinliyində qeydə alınıb.

Zəlzələ nəticəsində 3 nəfər ölüb, 100 nəfər isə yaralanıb. Həmçinin 1400 bina çöküb, 6400 tikili ciddi şəkildə zədələnib. Zəlzələ zonasından 70 mindən çox insan təxliyə edilib.

Axtarış-xilasetmə əməliyyatları davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*