Çində “Mufia” qasırğası: 1,6 milyon insan təxliyə edildibackend

Çində "Mufia" qasırğası: 1,6 milyon insan təxliyə edildi

Çində “Mufia” qasırğası səbəbindən təxminən 1,6 milyon insan evlərindən təxliyə edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV)  məlumat yayıb.

Bildirilib ki, Cıcıang əyalətin 1,2 milyon, Şanxayda isə 426 min insan müvəqqəti sığınacaqlara yerləşdirilib.

Ümumilikdə, tayfun səbəbindən təxminən 1,6 milyon insan evlərini tərk edib.

Sürəti saatda 125 kilometrə çatan tropik siklon dünəndən etibarən Cıcıang sahillərində təsirli olmağa başlayıb.

Qasırğa səbəbiylə Şanxayın iki beynəlxalq hava limanına uçuşlar ləğv edilib.

Asiyanın ən böyük konteyner terminalı olan Şanxay və Cıcıangdakı Ninqbo limanları da fəaliyyətini dayandırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*