ABŞ Çin ordusunun Tayvan ətrafında hərbi təlimlər keçirməsindən narahatlığını bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Metyu Millerin bəyanatında deyilir:
“Birləşmiş Ştatlar Xalq Azadlıq Ordusunun Tayvan boğazında və Tayvan ətrafında birgə hərbi təlimlər keçirməsindən ciddi narahatlıq keçirir”. Qeyd olunur ki, Çinin regionda hərəkətləri Çin və Tayvan arasında münasibətlərin gərginləşməsinə səbəb ola bilər. Bundan əvvəl Tayvan Müdafiə Nazirliyi Xalq Azadlıq Ordusunun Tayvan ətrafında keçirdiyi hərbi təlimlərin təxribat olduğunu bəyan etmişdi. Oktyabrın 14-də Xalq Azadlıq Ordusunun Şərq Döyüş Komandanlığı Zonasının rəsmisi Çinin Tayvan ətrafında Birgə Qılınc 2024 təliminə başladığını bildirib. Bundan əvvəl Lavrov Qərbi Tayvan ətrafında vəziyyəti qəsdən gərginləşdirməkdə ittiham edib.
Vəli Həsənov,
KONKRET.az