Co Bayden Kraliça II Elizabetin cənazəsini ziyarət etdibackend

Co Bayden Kraliça II Elizabetin cənazəsini ziyarət etdi

Amerika Birləşmiş Ştatları Prezidenti Co Bayden Kraliçanın cənazəsini ziyarət edib.

KONKRET.az-ın xəbərinə görə, Prezident Co Bayden “Westminster Hall”da Kraliçanın cənazəsini ziyarət edib.

ABŞ Prezidenti cənazəyə baxarkən əlini ürəyinin üzərinə qoyub.

O, daha sonra Kral Çarlz, kralliyət ailəsinin digər üzvləri və dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu şəxslərlə bir araya gələcək.

Qeyd edək ki, Kraliça II Elizabetin rəsmi dəfn mərasimi sentyabrın 19-da baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*