“Coca-Cola HBC” Rusiyanı tərk etdikdən sonra 190 milyon avro İTİRDİbackend

"Coca-Cola HBC" Rusiyanı tərk etdikdən sonra 190 milyon avro İTİRDİ

“Coca-Cola HBC” Rusiyada içki satışını dayandırdıqdan sonra ilin birinci yarısında 190 milyon avro itirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkətin 2022-ci ilin birinci yarısı üçün maliyyə hesabatında bildirilib.

Hesabatda göstərilir ki, şirkətin xalis mənfəəti ilin birinci yarısında 34% azalaraq 153 milyon avro təşkil edib. İlin ikinci yarısında isə istehsalçını 82 milyon avro məbləğində yeni maliyyə itkiləri gözləyir.

Qeyd edək ki, “Coca-Cola HBC”  “The Coca-Cola Company” brendi altında ən böyük içki istehsalçılarından biridir. Şirkət Rusiyada bu içkini istehsal edən bütün fabriklərin sahibidir. Ümumilikdə, ölkənin doqquz rayonunda on “Coca-Cola” zavodu var.

Xatırladaq ki, martın əvvəlində “Coca-Cola” Rusiyadakı fəaliyyətini dayandırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*