Coko Vidodo Azərbaycan Prezidentini təbrik etdibackend

Coko Vidodo Azərbaycan Prezidentini təbrik etdi

İndoneziya Prezidenti Coko Vidodo Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

KONKRET.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri!

Mayın 28-də qeyd olunan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını İndoneziya Respublikası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Ümidvaram ki, xalqlarımız arasındakı mövcud dostluq əlaqələri daim inkişaf edərək müvafiq regionlarımızda sülhün və firavanlığın təşviqinə töhfə verəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*