“Comedy Club”un təsisçisini İrəvanda döymək istədilərbackend

"Comedy Club"un təsisçisini İrəvanda döymək istədilər

“Comedy Club” şousunun yaradıcılarından biri və keçmiş aparıcısı Taş Sarkisyanı İrəvanda döymək istəyiblər.

KONKRET.az xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb.

Qeyd olunur ki, hadisə iyunun 20-də “Ari” stand-up klubunun yubileyində baş verib. Tamaşadan sonra tamaşaçılardan biri Sarkisyana yaxınlaşıb. Söhbət zamanı həmin şəxs etiraf edib ki, İrəvan universitetlərindən birində rus dili müəllimi işləyir. Bunun üçün Taş zarafat edib: “Əgər rus müəlliminin belə ləhcəsi varsa, şagirdlərdən nə gözləmək olar?”.

Telegram kanalının məlumatına görə, zarafatdan sonra tanımadığı şəxs dostları ilə birlikdə Sarkisyanla dava salmağa cəhd edib. Dostları komediyaçının müdafiəsinə çıxıblar. Nəticədə hücumun qarşısı alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*