Con Lennonun oğlunun xərçəng şişini kəsdilərbackend

Con Lennonun oğlunun xərçəng şişini kəsdilər

The Beatles qrupunun mərhum lideri Con Lennonun oğlu Julian Lennon xərçənglə mübarizə haqqında danışıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı “The Sun” nəşri yayıb.

56 yaşlı Lennon bir neçə gün əvvəl başındakı xərçəng şişini aradan qaldırmaq üçün əməliyyat keçirib.

Onun sözlərinə görə, dermatoloq başında kiçik bir şişdən narahat olub.

“Həmişə doğma xalımın yanında bir ləkə var idi, amma fərqli bir şəkildə görünməyə və hiss edilməyə başladı. Biopsiya göstərdi ki, şiş bədxassəlidir, təcili cərrahiyyə əməliyyatı keçirmək lazımdır. Xoşbəxtlikdən, bütün şişi kəsdilər, nəticələr gələn həftə bəlli olacaq”, — deyə musiqiçi əlavə edib.

Julian Lennon Con Lennonun rəssam Yoko Ono ilə nikahdan olan oğludur. O, öz musiqi karyerasına 1984-cü ildə başlayıb.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*