Hollivud aktrisası, qadın hüquqlarının müdafiəçisi və məişət zorakılığına qarşı mübarizə aparan Ember Herd keçmiş həyat yoldaşı, aktyor Conni Deppi döyüb.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu, cütlüyün sosial şəbəkədə yayımlanan danışıqlarından sonra bəlli olub.
“Daily Mail” nəşrinə danışan aktrisa deyir ki, o, zaman-zaman qəzəbdən sadəcə parçalanır və özünə nəzarət edə bilmir. Herd dəyişmək istədiyini və ərindən boşanma tələb etməyəcəyini vurğulayıb.
Depp isə ona yaxşı bir ər olmaq istədiyini, onun üçün hər şey edəcəyini bildirib.
Digər söhbətdə isə onlar mübahisə edirlər, nəticədə Herd həyat yoldaşına bir şapalaq vurur.
Qeyd edək ki, aktyorlar 2015-ci ildə həyat yoldaşları olublar, bir il sonra isə Herd boşanmaq üçün müraciət edərək, ərinin ona qarşı zorakılıq etdiyini bildirib.
Conni Depp borclu qalmayıb və jurnalistlərə deyib ki, az qala həyat yoldaşının günahı üzündən barmaqsız qalacaqdı. Herd də səssiz qalmayıb və Deppi spirtli və narkotik maddələrdən istifadə etməkdə günahlandırıb.
Ember Herdin sözlərinə görə, bundan sonra o, “canavara çevrilib”.
Babək Göyüş
KONKRET.az