COP30-un hazırlıq iclasının tarixi bəlli oldubackend

COP30-un hazırlıq iclasının tarixi bəlli oldu

İqlim konfransının hazırlıq iclası (pre-COP) 13-14 oktyabr tarixlərində Braziliyada keçiriləcək.

KONKRET.az COP30-un rəsmi saytına istinadən xəbər verir ki, görüşdə iqlim məsələləri üzrə nazirlər və əsas müzakirəçilər iştirak edəcəklər.

Pre-COP-un əsas məqsədi 10-21 noyabr tarixlərində Belemdə keçiriləcək iqlim konfransının ən vacib mövzuları üzrə ilkin razılaşmaların əldə edilməsi olacaq.

Tədbirdə 30-50 beynəlxalq nümayəndə heyətinin iştirakı gözlənilir. Ənənəvi olaraq ev sahibi ölkə tərəfindən COP-dan təxminən bir ay əvvəl təşkil edilən görüş, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının müşahidəçiləri üçün açıq olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*