Coratda 16 yaşlı oğlan anasını öldürdü, qardaşına xəsarət yetirdi – YENİLƏNİBbackend

Coratda 16 yaşlı oğlan anasını öldürdü, qardaşına xəsarət yetirdi - YENİLƏNİB

Coratda anasını öldürüb, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 16 yaşlı oğlan tutulub.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, polis əməkdaşları anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Zülfüqarlı Əlfüqar Mahir oğlunu saxlayaraq istintaqa təhvil verib.

***

08:28

Avqustun 21-də saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-ci il təvəllüdlü Zülfüqarova Günay Əhməd qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 2012-ci il təvəllüdlü oğlunun xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*