COVID-19 infeksiyası mövsümi respirator viruslar səviyyəsində qiymətləndirilir – Vaksinasiya dayandırılıb?backend

COVID-19 infeksiyası mövsümi respirator viruslar səviyyəsində qiymətləndirilir - Vaksinasiya dayandırılıb?

Ölkədə COVID-19-a qarşı kütləvi vaksinasiya mərhələsi başa çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə bizim.media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Nazirlikdən o da qeyd edilib ki, bu proses əsasən əvvəlki illərdə həyata keçirilib:

“Hazırda əhalinin böyük hissəsində koronavirusa qarşı immunitet formalaşdığından, COVID-19 infeksiyası mövsümi respirator viruslar səviyyəsində qiymətləndirilir.

Eyni zamanda, əhali arasında profilaktik və əks-epidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən qrip əleyhinə vaksinasiya kampaniyasına start verilib. Bu məqsədlə Fransanın “Sanofi Pasteur” şirkətinin istehsalı olan, təhlükəsizliyi və keyfiyyəti beynəlxalq standartlara cavab verən vaksin preparatları ölkəyə gətirilib.

Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.

Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır”.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 yanvar saat 06:00-dək uzadılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*