COVİD-19 risk qrupuna daxil olanlar AÇIQLANDIbackend

COVİD-19 risk qrupuna daxil olanlar AÇIQLANDI

Səhhətində xroniki xəstəlik olanlar risk qrupuna aiddirlər.

KONKRET.az-ın məlumatına görə,  bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, vərəm və digər xəstəliyi olanlar özlərini qorumalıdırlar:

“Çünki bu xəstəlik hava-damcı yolu ilə yayılır. Ona görə də onlar toplu insanlar olan yerə getməməlidirlər. Biz bütün tibb müəssisələrini bağlayıb COVİD xəstəxansı edə bilmərilk. Bəs onda bizim xroniki xəstələrimizin müalicəsi necə olacaq?! Ona görə də xroniki xəstələr özlərini təcrid etməli və daha ciddi qorunmalıdırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*