COVID-19 pasportu olmayanlar məhkumlarla görüşə buraxılmırbackend

COVID-19 pasportu olmayanlar məhkumlarla görüşə buraxılmır

Azərbaycanda məhkumlarla ailə üzvləri arasında uzunmüddətli görüşlərin keçirilməsinə icazə verilir.

KONKRET.az xəbər verir ki, artıq bir sıra cəzaçəkmə müəssisələrində belə görüşlər təşkil olunur.

Pandemiya şəraiti davam etdiyindən məhkumlarla uzunmüddətli görüşlərin keçirilməsinə yalnız COVID-19 pasportu ilə icazə verilir.

Belə ki, hər iki doza ilə peyvəndlənmiş şəxslər həbsdə olan yaxınları ilə görüşə bilərlər. COVID-19 pasportu olmayanlar isə uzunmüddətli görüşə buraxılmır.

Qeyd edək ki, ötən ilin mart ayından bəri koronavirus infeksiyasının geniş yayılması ilə əlaqədar məhkumlarla görüşlər dayandırılmışdı./modern.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*