“Çox böyük işlər görülür, yaxın aylarda bunun şahidi olacağıq” – XİN rəsmisibackend

"Çox böyük işlər görülür, yaxın aylarda bunun şahidi olacağıq" - XİN rəsmisi

Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində böyük işlər görülür.

KONKRET.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Karabakh Memorial” internet resursunun təqdimat mərasimində deyib.

O qeyd edib ki, keçmiş məcburi köçkünlərimizin ən qısa zamanda öz evlərinə, torpaqlarına qayıdışını təmin etmək üçün böyük işlər görülür:

“Yaxın aylarda keçmiş məcburi köçkünlər arasında ilk ailələrin evlərinə qayıtmasının şahidi olacağıq. Bu gün Azərbaycan artıq ərazi bütövlüyünü bərpa edib. Bundan sonrakı mərhələdə bizim işimiz ikiqat artır. Həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Ermənilər tərəfindən törədilən hər bir cinayət sənədləşdirilir və aidiyyəti üzrə beynəlxalq təşkilatların diqqətinə çatdırılır. Bu cinayətlərin beynəlxalq müstəvidə Ermənistana qarşı iddia olaraq qaldırılması istiqamətində işlər gedir. Avropa İnsan Hüquqları Məhkəməsində bu ilin yanvar ayında qaldırılan iddia çərçivəsində iş davam edir. Bu ilin sentyabr ayında Beynəlxalq Cinayət Məhkəməsində qaldırılan işlə bağlı da proses davam etdirilir. Lakin bu, son deyil. Bu işlərin, iddiaların qaldırılması davam etdiriləcək. İlk növbədə, beynəlxalq ədaləti təmin etmək üçün bu, çox vacibdir” – deyə, L.Abdullayeva qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*