“Çox şükür etmək insanı geri salır”backend

"Çox şükür etmək insanı geri salır"

“Özümü çox sıxıram. Bəzən olur depressiya yaşayıram. Mən oxuyuram, səsim, sənətim var. 27 ildir sənətdəyəm. Amma mənim qədər əziyyət çəkməyən insanlar bu gün daha çox qazanc əldə edirlər”.

KONKRET.az xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov “10-da görüşək” proqramında deyib.

Verilişdə qonaq olan olan müğənni Vaqif Şıxəliyev isə həmkarının sözlərinə “Vüqar, buna da şükür” deyərək fikrini bildirib. Vüqar isə “Yox, çox şükür etmək acizlikdir. Çox şükür etmək insanı geri salır. Olanla razılaşmaq, kifayətlənmək inkişafı saxlayır” cavabını verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*