Çoxdan ölmüş adam  – Surət Hüseynov haqda maraqlı yazıbackend

Çoxdan ölmüş adam – Surət Hüseynov haqda maraqlı yazı

Onu “qiyamçı polkovnik” adı ilə ilk dəfə Rusiya televiziyaları təqdim etdilər və Azərbaycanda baş qaldıran dövlət çevrilişi barədə sevincək xəbərlər yaydılar. Bunun özü Azərbaycanın kürəyindən vurulan zərbənin haradan qaynaqlandığına dair aydın təsəvvür yaradırdı…

Əslində, heç Sürət Hüseynova “qiyamçı polkovnik” adı da yaraşmırdı, çünki nə qiyamçı kimi qiyamçı, nə də polkovnik kimi polkovnik idi…

Tarix saysız-hesabsız qiyamlar və qiyamçılar görüb. Onların içində ədalətsizi, dağıdıcısı, amansızı da, ədalətlisi, mərhəmətlisi, xeyirlisi də olub. Ancaq bunların arasında ən ziyanlısı kənardan sifariş və idarə olunanı, heç bir ideologiyası, dəyərləri, məfkurəsi olmayanıdır ki, onlar da adətən kimlərinsə maşaları olan dayaz, təsadüfi, naşı adamlar tərəfindən həyata keçirilir. Sürət Hüseynovun özü də, qiyamı da belələrindən idi…

Baş tutan qiyama görə Baş nazir postu, Baş tutmayan qiyama görə isə həbsxana qazanan S.Hüseynov sonradan hansısa əməlinə görə peşman olubsa da belə, bu, hələ kövrək addımlarını atan və Azərbaycana pis-yaxşı demokratik gələcək ümidləri verən zəif bir hakimiyyəti devirdiyi üçün yox, öz çirkin missiyasını sonadək yerinə yetirə bilməməsi, öz səhvlərinə görə həbsə düşməsi ilə bağlı idi. Çünki onun törətdiyi əməllərin tarixi yükünü, ziyanını dərk edəcək nə intellekti, nə anlayışı, nə də məfkurəsi olub…

Bəs, həmin dövrün Azərbaycanı üçün qiyam, çevriliş qaçılmaz idimi? Yəqin ki, yox. Lakin həmin cəmiyyət belə bir biabırçılığa layiq olmadığı kimi, məlum dairələrin silahlandırdığı savadsız, işbaz bir pambıq zavodu direktorunun devirə biləcəyi zəif, qətiyyətsiz, öz missiyasını sonadək dərk və müdafiə edə bilməyən hakimiyyətə də layiq deyildi. Bu ziddiyyətli, qeyri-müəyyən durumun nəylə nəticələndiyi, nəyə gətirib çıxardığını isə hamımız gördük, hərəmiz bir cür qiymətləndirdik və hələ də qiymətləndirməkdə davam edirik…

S.Hüseynovun ölüm xəbərini əksər saytlar, qəzetlər, sosial şəbəkə istifadəçiləri “Sürət Hüseynov öldü” kimi təqdim etdi və heç olmasa “vəfat etdi” ifadəsini də ona qıymadı. Bir insana bundan açıq, bundan aydın və birmənalı dəyər vermək mümkün deyil…

Onun nə tərəfdarı, nə “əqidədaşı”, nə pərəstişkarı vardı. O, öz yaxınlarından, qohum-əqrəbasından başqa heç kimə lazım deyildi, hətta vaxtilə ona “çörək verən” deyən “taxtabaşlara” da. Bu adam bu millət üçün zatən çoxdan ölmüşdü. Dünənki fiziki ölümü isə onu sanki bir neçə saatlıq, bəlkə də bir neçə günlük yenidən diriltdi, yada saldı və yenidən öldürdü…

İstəsək də, istəməsək də tarix kitablarında “Azərbaycanın Baş nazirləri” bölməsində onun da adı olacaq. Ancaq bu ad, quru, boz bir mahiyyətdən başqa heç nə daşımayacaq, heç nə deməyəcək…

Beləliklə, bu adam “çörək verən” zavod direktorluğundan hikkəsi, ədası, iddiası boyundan böyük “qiyamçıya”, Baş nazirliyə, oradansa məhbusluğa, yenidən işbazlığa və ən nəhayətdə Moskva-İstanbul reysinin yoldaca canını tapşıran tənha, sahibsiz, yiyəsiz xəstə sərnişininə qədər yol keçdi. Amma yəqin ki, bir az dözməsi, gözləməsi, yataqda ikən xalqın böyük əksəriyyətinin ona olan münasibətini bir daha hiss etməsi gərək idi: haradan gəlib, haraya getdiyini görməsi, anlaması üçün…

Azpolitika.info

  • Vugar
    Avqust 1, 2023 - 16:16

    Bu ŝerefsiz yazini yazanlara arrrrr olsun. Suret Huseyinov gehreman olub ve olacag

    • Sabit
      Avqust 2, 2023 - 15:23

      Qəhraman dedikdə; Qəhi olub

  • Vüqar
    Avqust 2, 2023 - 00:26

    Surət Hüseynov Azərbaycan xalqının gələcəyini məhv elədi qiyama qalxmaqla.

  • Tahir
    Avqust 2, 2023 - 01:09

    Məqalənin müəllifi çox lakonik, şəkildə hər şeyi ortaya qoyub. Cəlal afərin

  • Vazeh
    Avqust 2, 2023 - 03:25

    Bəli, Azərbaycan xalqı müstəqilliyini mübarizə aparıb qazandı. Amma demokratik, ədalətli və azad vətəndaşların yaşadığı cəmiyyət hələ ki qura bilməyib. Bunun da səbəbkarı məhz Surət Hüseynovdu. Burada kimsə yazır ki, guya o “qəhrəman” olub. Əvvəla, qəhrəmanlığnı kimlərə göstərə bildiyi, kmlərin qabağından qaçdlğı indi artıq bizə dəqiq məlumdur. İkincisi də, Azərbaycanda o qədər qəhrəman olub ki, məsələn elə 2-ci Qarabağ müharibəsində. O da gedib qəhrəmanlığını edəydi. Lakin Surətin nə işi var idi layiq olmadığı halda böyük iddialarla yaşayırdı (baş nazir oldu da bir bacarığı olsaydı, onda edərdi). Tam bacarıqsız və savadsız biri olduğunu sübut etdi. Bütün Azərbaycan xalqının evini yıxdı. Dövləti, hökumıti devirənə vətənin dostu demək olmaz. Görün onun devirdiyi hökumətə xəstə nifrətini və patoloji kinini hələ də unuda bilməyən Zərdüşt Əlizadə nə deyir? Deyir ki, S.Hüseynov güclü hərbi mütəxıssis idi. Soruşan gərək, ay Zərdüşt, bu yun polkovniki hansı hərbi akademiyada oxumuşdu, müasir silahlarla işləməyi, hərbi strategiyanı və taktikanı hardan öyrənə bilərdi? Olmaya Yevlax yun zavodundan? Digər tərəfdən, o, sonradan hökumət başçısı olmuşdu. Hər hansı korpus komandirinin imkanları böyük olardı, yoxsa bütün ölkənin baş nazirinin? Bu suala cavab vermək artıqdır. Bəs onda bu böyük “sərkərdə” necə oldu ki, əlində böyük imkanlar olanda bu “hərbi mütəxəssis” istedadından istifadə edə bilmədi. Demək, hamısı yalandır və Z.Əlizadə bunların bir-birindən fərqini ayırmaq gücündə deyil. Görünür xəstəliyə çevrilmiş kin-nifrəti onda bu fərqləri görmək ağlını tükədib. Amma nə olur olsun Azərbaycan xalqına böyük zərər dəydi. Elə zərər ki üstündən 30 ildən artıq vaxt keçsə də, nəticələrini hələ də aradan qaldıra bilməyib.

  • Rafiq
    Avqust 2, 2023 - 22:32

    Mən hesab edirəm ki hər hansı bir insan öz layiqli adını alır.Xalqın el arasında verdiyi qiymət tarixə həkk olunur

  • Alesker
    Avqust 3, 2023 - 19:52

    Surətin kuratoru KQB nin 2 ci idarəsi olub. Həmin idarənin rəisi Saşa adlı general yəhudi olub . Baçısı Alla xanım Bakıda ərə güdib . Surət həmin generalla son dıfə Gəncədə gprüşüb 1992 ci ildə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*