“Niyə belə etdi, ona nə oldu, bilmirəm” – “Crocus”a hücum edən şəxsin bibisibackend

Niyə belə etdi, ona nə oldu, bilmirəm" - "Crocus"a hücum edən şəxsin bibisi  

“Crocus”a hücumda təqsirləndirilən Şəmsidin Fəriduninin Tacikistanda yaşayan üç qardaşı dindirilmək üçün aparılıb”.

KONKRET.az xəbər verir ki, bunu onların bibisi Gülbibi Zərgərova “RİA Novosti”yə açıqlayıb.

“Niyə belə etdi, ona nə oldu, bilmirəm… Mən indi qardaşlarının uşaqları ilə buradayam, hamısını aparıblar. Nə edəcəyimi, necə yaşamağa davam edəcəyimi bilmirəm”, – deyə o bildirib.

Qeyd edək ki, qanlı olayı törətməkdə şübhəli bilinən Şəmsidin Fəriduni Tacikistanın paytaxtı Düşənbədən 50 kilometr aralıda yerləşən Hisar şəhərinin Loyobi kəndində anadan olub. O, çörəkçi işləyib və altı ay əvvəl Moskvaya gedib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*