“Crocus City” zalındakı terror hücumu işində təqsirləndirilən şəxslərə ömürlük həbs cəzası və cərimə tələbi edilib.
KONKRET.az xəbər verir ki, proses İkinci Qərb Dairəsi Hərbi Məhkəməsində davam edir: dinləmələr 2025-ci ilin avqust ayının əvvəlində Moskva Şəhər Məhkəməsinin binasında kənar formatda başlayıb, lakin təhlükəsizlik məsələləri səbəbindən prokurorun tələbi ilə tezliklə ictimaiyyət üçün bağlanıb.
İttiham tərəfi sübutlarını dekabr ayında təqdim edib. Terror hücumunda iştirak etdiyinə görə 13 nəfər, terror fəaliyyətinə kömək etdiyinə görə isə altı nəfər mühakimə olunacaq.
Terror hücumu 22 mart 2024-cü ildə baş verib. Kamuflyajlı terrorçular “Piknik” qrupunun konsertinin keçirilməli olduğu binaya basqın edərək atəş açıb və konsert zalını yandırıblar. 145 nəfər ölüb, 550-dən çox insan yaralanıb.//“Unikal”
