Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vuruldubackend

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vuruldu

Dekabrın 2-də start verilən cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub.

KONKRET.az-ın məlumatına görə, Bakı İdman Sarayında keçirilən və 3 gün davam edən yarışlara 68 klub, cəmiyyət və idman təşkilatından 363 (285 kişi, 78 qadın) cüdoçu qatılıb.

Fərdi mübarizənin sonuncu günü kişilər arasında 73 kq, 100 kq və +100 kq çəki dərəcələrində, qadınlar arasında isə 57 kq, 78 kq və +78 kq-da qaliblər müəyyənləşib.

Komanda hesabında medalların sayına görə 1-ci yerə Neftçi İdman Klubu, 2-ci yerə Atilla İdman Klubu, 3-cü yerə isə Cüdo Klub 2012 layiq görülüb. 16 komanda müxtəlif əyarlı medal qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*