Cüdoçumuz “Böyük dəbilqə”də bürünc medal qazandıbackend

Cüdoçumuz "Böyük dəbilqə"də bürünc medal qazandı

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində daha bir cüdoçumuz bürünc medala sahib olub.

KONKRET.az xəbər verir ki, turnirin üçüncü – sonuncu günündə Məmmədəli Mehdiyev (90 kq) üçüncü yer uğrunda görüşdə Özbəkistan təmsilçisi Şermuxammad Jandreyevi məğlub edib.

Bununla da hazırda komandamızın hesabında 2 bürünc medal var. Ötən gün Rüstəm Orucov (73 kiloqram) da millimizin aktivinə bürünc medal yazdırıb.

Dünyanın 71 ölkəsindən 500-ə yaxın cüdoçunun mübarizə apardığı turnirə Azərbaycan 12 idmançı ilə qatılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*