Dabaq xəstəliyi ağartı bazarını da vurdu – satışlar çökdü!backend

Dabaq xəstəliyi ağartı bazarını da vurdu - satışlar çökdü!

Bölgələrdə dabaq xəstəliyi səbəbindən mal bazarının bağlanması həm ət, həm də ağartı məhsullarının satışında durğunluq yaradıb. Fermerlər yaranan qıtlığın bahalaşmaya səbəb olacağını düşünsə də, bazarlarda mənəzərə fərqlidir. 

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, Göyçayda dabaq xəstəliyi səbəbindən fermerlər heyvanlara marağın azaldığını bildirirlər. Sakinlərin sözlərinə görə, bazar bağlanandan bəri onlar nə heyvan ala bilirlər, nə də sata.

Qəssablar alıcıların azaldığını bildirsələr də, heyvanların alışı ilə bağlı problem yaşamadıqlarını qeyd edirlər.

Qəssabların sözlərinə görə, əvvəl 150-200 kq ət satırdılarsa, indi 100 kq sata bilirlər:

“Qiymətlər dəyişməyib, 16 manata alırıq 17 manata satırıq. Əvvəlki qiymətlərlə eynidir. Xəstəliklə bağlı qiymətlər düşə bilər, amma artım olması gözlənilən deyil”.

Ağartı məhsullarında da qiymətlər düşüb. Satıcıların sözlərinə görə, insanlar məhsul almağa ehtiyat edirlər:

“Əvvəl qatığı 3 manata satırdıq, indi 2 manatadır amma yenə də alıcı yoxdur. Süd 1 manata idi əvvəl, indi 50 qəpikdir. Amma yenə də alıcı sayında zəifçilik müşahidə olunur”.

Qeyd edək ki, ötən həftə dabaq xəstəliyi səbəbindən bölgələrdə mal bazarları bağlanıb. Hazırda bölgələrdə dezinfeksiya işləri görülür. İşlər yekunlaşdıqdan sonra bazarların mərhələli şəkildə açılacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*