Tehran üzərindən bir qasırğa keçir. Hökumətin simvolları, yayım idarəsi də daxil olmaqla, bombardman olunur və məhv edilir.
KONKRET.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz özünün X səhifəsində yazıb.
“Tezliklə digər hədəflər də vurulacaq. Minlərlə insan şəhəri tərk edir. Diktaturalar məhz bu cür çökməyə başlayır”, – o bildirib.