Rusiyanın təhlükəsizlik orqanları Dağıstanın Qarabudaqkənd rayonunun rəhbəri Mahmud Əmirəliyevi saxlayıblar.
KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə TASS agentliyi Rusiya təhlükəsizlik orqanlarına istinadən məlumat verib.
Qeyd olunur ki, Mahmud Əmirəliyev bir neçə gün əvvəl saxlanılan Dağıstan Respublikasının dövlət katibi Maqomedsultan Maqomedovun yaxın qohumudur.
Xatırladaq ki, Maqomedsultan Maqomedov iyunun 25-də Rusiya hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdı. O, dövlət əmlakını qanunsuz özəlləşdirmə faktı əsasında saxlanılıb. M.Maqomedov 2021-ci ildə Dağıstanın dövlət katibi vəzifəsində işləyirdi.