Dağıstandakı partlayışın ilkin səbəbi məlum oldubackend

Dağıstandakı partlayışın ilkin səbəbi məlum oldu

Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışa tezalışan aqrokimyəvi maddələrin anbarında saxlanma qaydalarının pozulması səbəb ola bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi bildirib. Qeyd edilib ki, daha bir neçə versiya araşdırılır. Yekun nəticə analizlərdən sonra məlum olacaq.

Xatırladaq ki, bu gün Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 35 nəfər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*