Daha 700 şəxsə birdəfəlik ödəmə təyin edildibackend

Daha 700 şəxsə birdəfəlik ödəmə təyin edildi

Məlumatları e-sistemlərdə olan daha 700 Birinci Qarabağ müharibəsi əlilinə proaktiv qaydada birdəfəlik ödəmə təyin olunub.

Bu barədə KONKRET.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vəsait onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib.

Qeyd edək ki, e-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün birdəfəlik ödəmə təyin edilməmiş şəxslər, habelə birdəfəlik ödəməni almaq hüququ olan şəxs vəfat etdiyi hallarda onların vərəsələri birdəfəlik ödəməni almaq üçün müvafiq sənədləri linkdə https://sosial.gov.az/post_576347 qeyd edilən qaydada təqdim etməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*