Daha artıq nəticə üçün Ermənistan mütləq bu addımı atmalıdır, əks halda… – Yeni sülh AÇIQLAMASIbackend

Daha artıq nəticə üçün Ermənistan mütləq bu addımı atmalıdır, əks halda... - Yeni sülh AÇIQLAMASI

“ABŞ paytaxtında Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində mühüm addım atılıb. Sülh sənədinin mətni paraflanıb, paralel bəyannamə imzalanıb”.

Bu fikirləri Politoloq Natiq Miri KONKRET.az-a açıqlamasında səsləndirib. Hazırkı mərhələdə bundan artıq irəliləyiş əldə etmək mümkün deyil.

Natiq Miri: “Bu halda sülh prosesindən danışmağa dəyməz”

Onun sözlərinə görə, prosesin davamı üçün Ermənistan konstitusiyasındakı Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməli, Zəngəzur dəhlizi və nəqliyyat-kommunikasiya məsələsi həll olunmalıdır:

“Bu, Ermənistanın üzərinə düşən öhdəlikdir. Paralel olaraq, sərhədlərin müəyyənləşdirilməsi prosesi də irəliləməlidir. Sülh mətninə görə, ərazi bütövlüyü və suverenlik əsas beynəlxalq prinsip kimi qəbul olunur. Bu baxımdan Qazaxın 3 və Naxçıvanın Kərki kəndi hələ də işğalda qalır. Bu məsələlər həll olunduqca münasibətlərdə müsbət inkişaf müşahidə ediləcək”.

Natiq Miri vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması yalnız ticarət və siyasi münasibətləri deyil, humanitar əlaqələri də gücləndirəcək:

“Bu yol açılsa, Ermənistan həm də enerji xətləri, neft, qaz, elektrik və fiberoptik kabel çəkilişindən faydalana biləcək. Bütün bunlar dövlətlərarası münasibətləri və xalqlar arasında əlaqələri möhkəmləndirəcək. Bu, dərhal baş verəcək proses deyil, lakin mərhələli şəkildə düşmənçiliyin yerini əməkdaşlıq modeli alacaq. Bu da sülhün təminatı deməkdir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*