Rusiyaya gələn amerikalı jurnalist Ukrayna ordusunu ifşa etdi – VİDEObackend

Rusiyaya gələn amerikalı jurnalist Ukrayna ordusunu ifşa etdi - VİDEO  

Fox News kanalının keçmiş əməkdaşı və Donald Trampın tərəfdarı olan qalmaqallı Taker Karlsonun ardınca ABŞ-dan Rusiyaya daha bir jurnalist gəlib.

KONKRET.az xəbər verir ki, özünü müstəqil jurnalist və blogger adlandıran amerikalı Patrik Lankaster Rusiya ordusuna qaçan keçmiş Ukrayna əsgərləri haqqında reportaj hazırlayıb. Onun hesabatı çoxsaylı Rusiya KİV-ləri tərəfindən yayımlanıb.

Lankaster, yeri gəlmişkən, ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranıdır. Ona Rusiya ordusunun tərəfində vuruşan altı keçmiş ukraynalı əsgərlə danışmaq imkanı verilib.

Onlardan biri baş gizir Nikolay Zaxarçenkodur. O, əslən Donetskdəndir. Hərbçi, 1998-ci ildən Ukrayna ordusunda xidmət edib. Məşhur Azov alayının daxil olduğu Ukrayna Silahlı Qüvvələrinin 12-ci Xüsusi Təyinatlı Briqadasının üzvü olub.

“2022-ci il mayın 20-də Mariupolda təslim oldum və Azovstaldan ayrıldım. Yelenovka kəndində məhbusların qəbulu məntəqəsinə düşdüm. İyirmi gün orada oldum, sonra köçürüldüm. Hər şeyi düşünməyə çox vaxt var idi. “Azovitlər”in Mariupolda insanlara necə rəftar etdiklərini öz gözlərimlə gördüm. Evakuasiya zamanı bizi buraxmadılar, mülki şəxslərin olduğu avtomobillərə atəş açdılar, mağazaları qarət etdilər”, – deyə Rusiyaya təslim olan hərbçi bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*