Ermənistan ordusunun əsgəri 19 yaşlı Qazaryan Vanik Aramoviç cəbhə xəttində ölümcül güllə yarası alıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, ölüm hadisəsi Geqarqunik vilayətinin Axpradzor (Yuxarı Zağalı) kəndində yerləşən mövqelərdən birində qeydə alınıb.
Məlumata görə, Q.V.Aramoviç Vayots Dzordan (Dərəyələz mahalı) hərbi xidmətə çağırılıbmış.