Daha bir marşrutda gediş haqqı “Bakı Kart”la OLACAQbackend

Daha bir marşrutda gediş haqqı "Bakı Kart"la OLACAQ

Sabahdan etibarən 165 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı Bakı Kart vasitəsilə ödəniləcək.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin İdarə Heytətinin sədri Vüsal Kərimli sosial şəbəkədəki hesabında paylaşıb.

Məlumata görə, bununla da nağdsız ödəniş sisteminə inteqrasiya olunan marşrut xətlərinin sayı 74-ə çatır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*