Daha bir narkotik satıcısı saxlanıldı – FOTObackend

Daha bir narkotik satıcısı saxlanıldı – FOTO

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Anar Qabil oğlu Xəlilovun yaşadığı Lənkəran rayonu Göyşaban kəndindəki fərdi yaşayış evində satış məqsədilə saxladığı narkotik və elektron tərəzi tapılıb. 

KONKRET.az xəbər verir ki, bu barədə Pentensiar Xidmət məlumat yayıb.

Bildirilib ki, onun evində satış məqsədilə saxladığı 158 qram çəkidə narkotik vasitə “Heroin”, 22 qram çəkidə psixotrop maddə “Metamfetamin”, 1,12 qram çəkidə narkotik vasitə “Tiryək”, 2 ədəd narkotik vasitə hesab edilən “Metadon” dərman həbi, 0,73 qram çəkidə narkotik vasitə “Qurudulmuş marixuana” və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*