Daha bir ölkə lideri Çin Olimpiadasından imtina etdibackend

Daha bir ölkə lideri Çin Olimpiadasından imtina etdi

Cənubi Koreya Prezidenti Mun Çje in Pekin-2022 Qış Olimpiya Oyunlarını izləmək üçün Çinə səfər etmək planı yoxdur.

KONKRET.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Prezident ofisi açıqlama yayıb.

Ofis Olimpiya Oyunlarına qaydalara uyğun nümayəndə heyəti göndərməyi düşünür.

Qeyd edək ki, ABŞ başda olmaqla bəzi ölkələr Çinin Sincan Uyğur Muxtar Bölgəsində uyğur müsəlmanlara qarşı soyqırımı və insanlığa qarşı cinayətlər və insan hüquqlarının digər pozuntuları iddiası ilə Pekində keçiriləcək Olimpiya Oyunlarını diplomatik boykot etdiklərini, oyunlara heç bir rəsmi heyətin göndərilməyəcəyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*