Daha bir ölkə Qarabağın bərpası prosesində iştirak etmək istəyirbackend

Daha bir ölkə Qarabağın bərpası prosesində iştirak etmək istəyir

“Rumıniya şirkətləri Qarabağın bərpa və inkişaf prosesində iştirak etməyə dəvət olunarsa, bu, şübhəsiz ki, onlarda böyük maraq oyadacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyindən bildirilib.

“Əminik ki, Rumıniya şirkətlərinin Qarabağın bərpasında iştirakı mövzusu Azərbaycan ilə gələcək ikitərəfli təmaslarımızın gündəliyinə daxil ediləcək”, – Nazirlikdən deyiblər.

Rumıniya XİN həmçinin Qarabağın böyük potensiala malik olduğunu qeyd edib: “Azərbaycan hökumətinin bu istiqamətdə bərpa səylərini diqqətlə izləyirik. Bilirik ki, Azərbaycan hökuməti dəymiş zərərin və bərpa ehtiyaclarının kompleks qiymətləndirməsini aparır. Əldə edilmiş nəticələr son dərəcə faydalı olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*