Daha bir ölkədə eynicinsli nikahlar qanuniləşdirilirbackend

Daha bir ölkədə eynicinsli nikahlar qanuniləşdirilir

Tailand parlamentinin aşağı palatası eynicinslilərin nikahına icazə verən qanunu qəbul edib. 

KONKRET.az xəbər verir ki, iclasda iştirak edən 414 deputatdan 400-ü təşəbbüsü dəstəkləyib.

Qanun qüvvəyə minməsi üçün Senat və Tailand kralı Maha Vajiralonqkorn tərəfindən təsdiqlənməlidir.

Sözügedən dəyişiklik qüvvəyə minəcəyi təqdirdə, Tailand Cənub-Şərqi Asiyada eynicinsli nikahları tanıyan ilk ölkə olacaq. Asiyada eynicinsli nikahlar yalnız Nepal və Tayvanda qanuniləşdirilir.

Qanun nikahı təkcə kişi və qadının deyil, iki nəfərin birliyi kimi təsvir edir. Sənədin 2024-cü ilin sonundan əvvəl qüvvəyə minməsi gözlənilir.

Bundan əvvəl fevral ayında Yunanıstan parlamenti eynicinsli nikahları qanuniləşdirən və eynicinsli cütlüklərə uşaqları övladlığa götürməyə icazə verən qanun qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*