Daha bir ölkədən İrana ağır zərbə: “Mənim qibləm Səudiyyədir”backend

Daha bir ölkədən İrana ağır zərbə: “Mənim qibləm Səudiyyədir”

Livanın Baş naziri Nəcib Mikati hələlik Suriya və Səudiyyə Ərəbistanına səfər etmək fikrində olmadığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, baş nazir Səudiyyə Ərəbistanı ilə bağlı verdiyi açıqlama ilə diqqət çəkib.

“Səudiyyə Ərəbistanı mənim üçün siyasi qiblə, bir müsəlman olaraq da dini qibləmdir”, – Mikati deyib.

Bununla belə hələlik Suriya və Səudiyyə Ərəbistanına planlaşdırılan səfərinin olmadığını bildirib: “Livan beynəlxalq ictimaiyyətin razılığı olmadan ölkəmizin maraqlarına zərər verəcək addım atması müzakirə mövzusu ola bilməz”.

Baş nazir bundan əvvəl Hizbullahın İrandan neft almasına etiraz edib. Mikati İranı Livanın suverenliyini pozduğunu, bunun yolverilməz olduğunu deyib.

Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*