Hüseyn Cavid prospektində nəqliyyat axınının daha səmərəli təşkili məqsədilə yol zolaqları yenidən qurulub.
KONKRET.az xəbər verir ki, əvvəllər yalnız 4 hərəkət zolağından ibarət olan yolda artıq avtomobillər üçün 4 hərəkət zolağı ilə yanaşı, mikromobillik (velosiped və fərdi hərəkət vasitələri üçün) zolağı da yaradılıb.
Yenilənmiş təşkilat nəticəsində fərdi hərəkət vasitələri və velosiped istifadəçilərinin təhlükəsizliyi artırılmaqla yanaşı, yol hərəkətinin ümumi effektivliyi də yüksəldilib.
Qeyd edək ki, bu dəyişiklik şəhər daxilində davam edən nəqliyyat infrastrukturunun modernləşdirilməsi və alternativ nəqliyyat növlərinin təşviqi istiqamətində atılan addımlardan biridir.