Daha bir qurum insanları cərimələməyə başladı – “Aztelekom”un rəqəmsal xəracı – FOTObackend

Daha bir qurum insanları cərimələməyə başladı - "Aztelekom"un rəqəmsal xəracı - FOTO

“Aztelekom” abunəçilərini 140 manat cərimə etməyə başlayıb.

Qurumun mətbuat xidmətindən, internet xəttini çəkən adamlardan öyrənirik ki, internetin aylıq haqqını gecikdirənlər cərimələnirlər.

Bakupost.az

Gətirilən arqument isə baş verən hadisədən daha betərdir.

Bunlar hesab edir ki, quraşdırdıqları yeni aparatlar pulsuz verildiyi üçün ödəniş məsələsinə ciddi nəzarət olunur və cəza kimi cərimə tətbiq edilir.

Abunəçi internetdən imtina etsə və ya başqa provayderə keçsəydi, cərimə olunmağı məntiqli saymaq olardı. Axı, aylığı gecikdirən abunəçilər də həmin ayın pulunu zatən ödəyirlər. Ödənişin gecikməsi əslində, istifadəçiyə yox, şirkətə sərf edir – internet dərhal dayanır, heç bir internet xərclənmir, amma buna baxmayaraq, internet xərclənməyən günlərin pulu alınır.

Belə olduğu halda cəriməyə nə hacət?

İşin əndrəbadi tərəfi həm də odur ki, bunların abunəçilərin gözünə soxduğu müqavilələrdə qiymət 18 manat göstərilib, öhdəliklər də həmin məbləğə uyğun götürülüb. Sən özünün öhdəliyini yadına salmırsan, müqavilədə dəyişiklik etmədən, müştərilərin fikrini soruşmadan, heç xəbərdarlıq da etmədən qiyməti 25 manata qaldırırsan, sonra gəlib müqavilənin hansısa bəndinin pozulmasını əsas gətirirsən.

Bu necə müqavilədir ki, yalnız bir tərəfin hüquqlarını qoruyur? Bəlkə, həmin vaxt qiymətlər 25 manat göstərilsəydi, ödənişin vaxtında ödəniləcəyi öhdəliyi götürülməyəcəkdi?

Bakupost.az

İkinci, niyə məhz 140 manat?! Bu nəyə, hansı qanuna, hansı hesablama düsturuna əsaslanır?

Ümumiyyətlə, müştərinin cərimələnməsi hansı qanunla tənzimlənir?

Qiyməti qaldırıb, sürəti azaltmaq da qanun pozuntusudur… İstədiyiniz vaxt interneti kəsdiyinizdə, sürəti minimuma endirdikdə siz müştəri qarşısında hansı məsuliyyəti daşıyırsız? Azərbaycan yəqin, yeganə ölkədir ki, əhalinin 95 faizinin istifadə etdiyi bir xidmət sahəsində istehlakçının hüququnu qoruyan heç bir qanun, heç bir qurum, heç bir QHT yoxdur.

Yeganə sahədir ki, istifadəçilərin əksəriyyəti narazıdır. Amma bir nümunə yoxdur ki, istifadəçilər öz hüquqlarını qorusun, bir məhkəmə prosesi keçirilsin və ya bərbad xidmətə görə məsuliyyət daşıyan qurumlar üzr istəsinlər, hansısa kompromisə getsinlər. Sən ya zəlzələdən, ya vəlvələdən, öhdənə düşən işi yerinə yetirmirsən, insanları keyfiyyətli internetlə təmin edə bilmirsən. Bundan utanmaq, ayıbbına qısılmaq əvəzinə abunəçilərinin üstünə gedirsən, gündə bir hoqqa verirsən, şərtlərini daha sərtləşdirir, qiymətlərini kəllə-çarxa qaldırır, müştərilərin heç bir narazılığını nəzərə almırsan.

Bilmək olmur, bunlar xidmət göstərirlər, yoxsa xalqa xərac kəsib, tasa oturdurlar.

“İstəsən də budur, istəməsən də” tərziylə, ağa ədasıyla işləyən, xalqla heç bir kontakt qurmayan, ona yalnız pul kisəsi kimi baxan qurumun adına baxın – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi. Tamaşa! Reallıqla naziliyin adı arasında böyük bir rabitəsizlik…

İnternetdə çox axtardıq, heç bir inkişaf etmiş ölkədə internet provayderlərinin müştəri gecikmələri zamanı cərimələr tətbiq etməsi nümunəsinə rast gəlmədik. Əksinə, müştəriləri aldatdıqları, götürdükləri öhdəlikləri yerinə yetirmədikləri üçün provayderlərin cəzalandırılması hallarını gördük. Bu işlərlə məşğul olan dövlət qurumlarının olduğunu müəyyən etdik.

Bakupost.az

Bu gün cərimə olunanlar əsasən yeni çəkilən GPON xəttinə qoşulmuş abunəçilərdir. GPON (Gigabit Passive Optical Network) layihəsinə 85 milyon vəsait ayrılıb. Əlbəttə ki, belə layihələrdən nə qədər çırpışdırıldığı hamıya bəllidir. Üstəlik, bu layihə heç də vəd olunduğu kimi insanlara kəsintisiz, sürətli internet bəxş etmədi, əhalini daha artıq pul ödəməyə, sonara isə cərimələrə düçar etdi.

Görəsən, Rəqəmsal İnkişafın Nazirliyində çalışanlar sosial şəbəkələri, mətbuatı oxuyurlarmı? Oxuyurlarsa, bu qədər narazılığı, üsyan səviyyəsinə çatan etirazları niyə görməzdən gəlirlər?

Dünən sosial şəbəkə aktivisti, tanınmış aparıcı İdris Cəfərlinin statusu mətbuatın manşetini bəzəmişdi:

Bakupost.az

“İlon Mask sputniklə camaata internet paylayır, mən isə pulunu verirəm, amma 100 meqabitimi ala bilmirəm. Deyirəm ki, heç nəyə əsəbləşməyəcəm, amma artıq neçə gündür, internetim işləmir. Bir gün ödəniş etməyəndə internetimi kəsirsiniz. Deyirlər ki, onu kompüter kəsir. Soruşuram ki, internetim yoxdur, nə edə bilərəm? Deyirlər ki, heç nə, gözləyin, təmir edəcəyik. Çox absurd, gülməli vəziyyətdir. 2024-cü ildə adi internet nədir ki?”

Hələ insanların çoxunun bu anoloqu olmayan 140 manat cərimə məsələsindən xəbəri yoxdur. Bu, kütləviləşəndə yüksək texnologiyanız etirazların qarşısını necə alacaq?! bakupost

  • Adil
    Oktyabr 17, 2024 - 19:06

    Aztelekom köhnə sovet dövründə olduqu kimi işləyir. Heç bir inkişafı yoxdur. Ev telefonların necə ki, qiymətini qaldırdılar bir neçə il bundan qabaq, millət artıq onlardanda imtina edib, tarixə qovuşdurur

  • Rəfail
    Oktyabr 17, 2024 - 19:41

    İnternet xidməti ilə əlaqədar bu cərimə və qiymətartşrma KOMPANİYASIna görə dövlət səviyyəsində ciddi tədbirlər görülməli, bu öz başnalığa son qoyulmalıdır.

    • Mayis
      Oktyabr 18, 2024 - 14:29

      Dəhsət

  • Namiq
    Oktyabr 17, 2024 - 20:03

    Hərə əlinə bir kağız-qələm götürüb cərimə yazır. Görək bundan sonra hansı qurumlar cərimə fəaliyyətinə başlayacaq. Allah axırını xeyirli eləsin. Alternativə keçmək lazımdır.

  • Dadaşlı Qəmbərəli
    Oktyabr 17, 2024 - 20:44

    Vətəndaşı cərimələmək dövlətdən narazı salmaq ənənəsinə son qoyulmalıdır.Qafqazda ancaq Azərbaycandadır bu faciə.

  • Dadaşlı Qəmbərəli
    Oktyabr 17, 2024 - 20:48

    Cərimə Vətəndaşı dövlətdən narazı salmağa hesablanır.Bu qədər cərimə artımı yaramaz.Maaş pensiyada M DB də axırcə yerdəyik.1ci olaq.

  • Rizvan
    Oktyabr 18, 2024 - 00:16

    Çox pis işləyir xalq əzilir susduqca da əziləcək onlarda yaxşı bilirlər belə xalqı necə idarə etmək olar

  • Fikrət
    Oktyabr 18, 2024 - 07:57

    Cərimə ölkəsidir deyə kim gəldi cərimələyir.

  • Loğman
    Oktyabr 18, 2024 - 08:59

    Həmişə qeyri-müəyyən şəkildə 5-ci kolondan danışılıb. Cərimə qərarı verən bütün təşkilatlar elə 5-ci kalona tabe olanlardır. Sehrli bir çubuq onları idarə edir, xalqı soymaq üçün.

  • Alik
    Oktyabr 18, 2024 - 09:50

    Ev telefonumuzun kəsilməsi səbəbini soruşduqda yeni çəkilən fiberoptik xəttlərə görə müqavilə yenilənməlidir dedilər. Şəbəkəyə yaxınlaşdım və sürpriz🙄. Yeni xətti birləşdirib müqavilə bağlayarıq və modemə görə 110 azn ödəyirsiniz və ya (hal hazırki provaydetdən imtina edirsiniz) kompaniya var 😀 bizim internet provayderə qoşulsanız modem pulsuzdur. Dövlət qurumunun etdiyinə Siz ad qoyun. 55 mt uzaqlıqda digər binada yaşayan valideynlər üçün eyni midemi (Nokia) 2 il əvvəl pulsuz qoyublar

  • Mətləb qasımov
    Oktyabr 18, 2024 - 12:10

    İki aydır ödəyirəm bu aylarda 10 gün internetin olmayıb kəsilib bunun cərməsini kim ödemelidir Aztelekom eləmi onda nəyə görə 27 azn ödəməliyəm cavab versinlər şərəfsizlərin ünvan Abşeron yeni saray qesebesi

  • Heydər
    Oktyabr 18, 2024 - 12:31

    Tüpürüm Sizin verdiyiniz internet sürətinin içinə. Allah balanızı versin ay şərəfsizlər. Ayda 27. AZN ödəyirəm. Özümdə 1- ci qrup Əliləm. Haram xoşunuz olsun 27 manat. Çünki götdü başlı internet sürəti yoxdur. Hələ ki kef edin. Xalqın ayağa qalxan günü olacaq bir gün. Görüm hara qaçıb canınızı qurtaracaqsınız.

  • Sinirli
    Oktyabr 18, 2024 - 14:28

    Ödəyirəm soz verdiyiniz sürət yoxdur ama pulu tələb edirsiz qaz işıq çörək qalıb burda hamıdan çox internetə pul odə surətdə yox çox təssüf belə savadsız insanlar var bu həytda

  • Sako
    Oktyabr 18, 2024 - 20:35

    Anti inhisar istehlakçıların hüquqlarının qoruması qrumu yatır

  • Ramal
    Oktyabr 19, 2024 - 00:38

    Biri deyir 18 manat ödədim, biri deyir 36, biri deyir 25, biri də deyir 28 və s. Hər nə zibildisə. Bəsdi xalqın qanını içdiz. Elə vəziyyətə gəlir ki, ölkə daha, insanlar xaricə çıxıb getməyi düşünür. Pensiyaya çatmadan ölüb gedəsi 1 balaca ömrümüz var, imkan verin yaşayaq də. Hər şeyi çətinləşdirməyə və bahalaşdırmağa Hipokrat andı içmisiz siz də?!

  • Samid
    Oktyabr 19, 2024 - 07:28

    Bu internet dahada süreti asaqi düsdi camati aladilar men bir vetendas kimi bu interneten imtina edirem baxan bir qurum yoxdur sikayetme ki derdimi deyim ama bir cinayet edende o qurum olmurki heyetne gelmesin ama seninolari axdarmali olanda hecbirin tapa bilmirsen biz ele bir dövde yasayiriq ki kim ne isdeyir onu edir Allahdan qorxmular camatin cibne giriler men intereten hecde razi deyilem bununla bagli bir ölcü götrlsin bir qurum yaratsinar

  • Emin
    Oktyabr 19, 2024 - 09:19

    Qardaşlar vallahi men 13il isledim axirda oz erizemle isden cixdim ki bele olmaz.indi fehle isleyirem amma bilirem ki hec kim zeng edib sorusmur ki internet niye beledi,cerime niyedi.sehf edirler men diredim dalana onlari ve imtina etdim.indi ozel provayder isledirem min defe aztelekomdan qeyretlidi.

  • Cavid
    Oktyabr 19, 2024 - 13:38

    Aprel ayından ev telefonunu kəsiblər,ancaq hər ay abunə pulunu istəyirlər.Acıqla getdim ATS-ə ki,ərizə yazıb imtina eliyim nömrədən.Dedilər borcu ödəməsən çıxara bilmərsən.Deyirəm ay Allah bəlanızı vermişlər,axı telefon 7 aydı bağlıdı,niyə pul verim?Çığırda-çığırda məni aldılar pulu.

  • ramil
    Oktyabr 19, 2024 - 23:12

    maraqlısı budurki niyə aztelekoma heçkim heçne demir..buqədər özbaşnalıq olmaz axi…milleti qoyun yerinə qoyublare..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*