Daha bir rus generalının meyiti tapıldıbackend

Daha bir rus generalının meyiti tapıldı

Rusiyanın Mineralnıye Vodı şəhərində Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiənin 6-cı Ordusunun keçmiş komandanı, general-leytenant Vladimir Sviridovun və şəxsiyyəti müəyyənləşdirilməyən qadının meyiti tapılıb.

KONKRET.az rus mediasına istınadən xəbər verir ki, bu, ölən qadın generalın həyat yoldaşı Tatyanadır.

“Kommersant”ın yazdığına görə, cəsədlər noyabrın 15-də günortadan sonra tapılıb: Generalın Andjievski kəndindəki evində çarpayıda tapılan cütlüklər bir həftə əvvəl dünyasını dəyişib. Versiyalardan birinə görə, ölüm dəm qazından zəhərlənmə nəticəsində baş verib. Bununla belə, KİV-in məlumatına görə, binalarda dəm qazı aşkar edilməyib. İstintaqı Federal Təhlükəsizlik Xidmətinin regional idarəsi aparır.

Qeyd edək ki, Sviridov 2006-2009-cu illərdə 6-cı Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusuna komandanlıq edib. General-leytenant rütbəsi ilə təqaüdə çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*