Daha bir şəhidimizin övladı dünyaya gəldi – FOTObackend

Daha bir şəhidimizin övladı dünyaya gəldi - FOTO

Daha bir şəhidin övladı dünyaya gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, İsmayıllı rayonundan könüllü olaraq Vətən müharibəsinə qatılan və Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalan şəhidimiz Emin Ağazadənin bu gün qız övladı dünyaya gəlib.

O, şəhidlik zirvəsinə ucalmadan əvvəl doğulacaq körpəsinə Emilya adını qoyubmuş.

Qeyd edək ki, qəhrəmanımız oktyabrın 25-də Qubadlı-Laçın yolunda şəhid olub, İsmayıllının Kürdmaşı kəndində dəfn olunub. Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə E.Ağazadə ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad edilməsi uğrunda” medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*