Daha bir sosial şəbəkə Trampın hesabını BAĞLADIbackend

Daha bir sosial şəbəkə Trampın hesabını BAĞLADI

ABŞ-da yanvarın 6-da Konqres binasına hücumlardan sonra sosial media şirkətləri hadisələrin cavabdehi olduğu hesab edilən ölkə Prezidenti Donald Trampın hesablarını bloklamağa davam edir.

KONKRET.az xəbər verir ki, bu barədə “Haber Global” yazır.

Bildirilir ki, “Snapchat” sosial media platforması keçən həftə Trampın dondurulmuş hesabı ilə bağlı son qərarını verib.

Şirkətdən verilən yazılı açıqlamada ABŞ başçısının hesabının araşdırıldığı qeyd edilir:

“İctimai təhlükəsizliklə əlaqədar yalan məlumatların, nifrət doğuran ifadələrin və şiddətə təhrik edilmənin qarşısını almaq üçün Trampın hesabını həmişəlik bağlamağa qərar verdik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*